Rus ordusu GERİ ÇƏKİLDİ

Ukrayna Silahlı Qüvvələrinin üçüncü hücum briqadası Baxmut ətrafındakı cinahları təmizləməyə və torpaqları azad etməyə davam edir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə briqadanın mətbuat xidmətindən bildirilib.

"Son 24 saat ərzində əsgərlər cəbhə xətti boyu 1,8 km, cəbhənin 1,2 km dərinliyindəki ərazilərdən düşməni geri çəkilməyə məcbur ediblər", - məlumatda qeyd olunub.

Məlumata görə, 2-ci hücum batalyonunun hücumları nəticəsində Rusiyanın 57-ci briqadasının bölmələri və "Storm z" məhbus dəstələri xeyli itki verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31