"Ankara İsveçdən bunu gözləyir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdən antiterror qanunlarını praktikada tətbiq edəcəyini gözləyir. Ankaranın Stokholmun NATO müraciətini təsdiqləməsi bundan asılıdır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ərdoğan Azərbaycandan qayıdarkən mediaya müsahibəsində bildirib.

"Vilnüsdə NATO sammiti keçiriləcək. Fors-major hal olmasa, iştirak edəcəm. İsveçin sammitlə bağlı gözləntiləri (Alyansa daxil olmaq barədə qərar verəcəyi - red.) o demək deyil ki, biz onlara istədiklərini verəcəyik. İsveç ilk növbədə öz öhdəliklərini yerinə yetirməlidir. Onun qanunlarında, konstitusiyasında hüquq-mühafizə orqanlarının hüquqları müəyyən edilib. Onlardan istifadə etsin. Əgər onlar tətbiq edilməsə, o zaman Vilnüsdə (İsveçin NATO-ya qoşulması məsələsinə - red.) müsbət cavab verə bilməyəcəyik", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31