Yunanıstan sahillərində miqrant faciəsi - ÖZƏL
14 İyun 2023 16:44 DünyaOlaylar.az xəbər verir ki, Yunanıstanın Peloponnes yarımadası yaxınlığında qeyri-qanuni miqrantları daşıyan balıqçı qayığının aşması nəticəsində ən azı 59 nəfər həyatını itirib. Yunanıstan mətbuatında yer alan xəbərə görə, Mora adasındakı Navarin qalası sahillərində qeyri-qanuni miqrantları daşıyan balıqçı gəmisi naməlum səbəbdən aşıb. Beynəlxalq sularda baş verən hadisədə 59 nəfər həyatını itirib, 100-dən çox insan xilas edilib. Xilas edilən immiqrantların Kalamata limanına aparıldığı, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib. Liviyadan İtaliyaya qeyri-qanuni miqrantları daşımaq üçün yola çıxan qayıqda neçə nəfərin olduğu hələlik məlum deyil. Digər tərəfdən, bu gün səhər saatlarında Krit adasında 80 qeyri-qanuni miqrantın xilas edildiyi bildirilib.