Qazaxıstanda dördtərəfli sammit: Türkiyə, Suriya, Rusiya, İran - ÖZƏL
14 İyun 2023 16:14 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinlərinin iyunun 21-də Qazaxıstanın paytaxtı Astanada görüşəcəyini bildirib.
Jurnalistlərə açıqlama verən Boqdanov Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün Türkiyə, Suriya, İran və Rusiya xarici işlər nazirlərinin müavinlərinin iyunun 21-də Astanada keçiriləcək görüşünün və Rusiya nümayəndə heyətinin Astanaya gedəcəyi barədə məlumatını paylaşıb. "Yol xəritəsi üzrə Rusiyanın layihəsi hazırdır. Bizim vəzifəmiz tərəfdaşlarımızla məsləhətləşmələr aparmaq və bu işi irəli aparmaqdır. Ümid edirəm ki, Astanada danışıqlarda ciddi irəliləyiş əldə edəcəyik", - deyə Boqdanov bildirib.
Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirləri mayın 10-da Rusiyanın paytaxtı Moskvada görüşüblər. Görüşdən sonra Türkiyə-Suriya əlaqələrinin inkişafı üçün yol xəritəsinin hazırlanması qərara alınıb. Yol xəritəsinin hazırlanması və prosesin mərhələli şəkildə davam etdirilməsi üçün müvafiq qurum kimi xarici işlər nazirlərinin müavinlərinin, Müdafiə və Kəşfiyyat Nazirliyinin iştirakı ilə 4 nəfərdən ibarət komitənin yaradılması qərara alınıb.