İnternetdə yalan məlumat yayanlar 10 sutkaya qədər həbs edilə bilər - ÖZƏL

Olaylar.az xəbər verir ki, Qazaxıstanda sosial media şəbəkələri və mesajlaşma proqramları vasitəsilə yalan məlumat yayan şəxslər 10 sutkaya qədər inzibati həbslə və 150 dollar məbləğində cərimələnəcək.

Qazaxıstan Assambleyası "Onlayn platformalar və onlayn reklam haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Əsasnaməyə əsasən, internetdə, xüsusən də sosial media şəbəkələri və mesajlaşma proqramları vasitəsilə yalan məlumat yayan şəxslər cərimələnəcək (150 dollar). Bir il ərzində cinayətini təkrarlayanlar 10 günə qədər inzibati həbs və ya daha çox (təxminən 500 dollar) cərimə olunacaqlar. Qazaxıstan deputatı Yerlan Sairov bildirib ki, qanun onlayn platformaların tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun hazırlanıb. Sairov qeyd edib ki, qanunla vətəndaşları sosial mediada təhqir və neqativ hallardan qorumaq, ölkədə siyasi separatizm və ekstremizmin qarşısını almaq məqsədi güdürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31