Rusiyanın Kursk vilayətində Ukraynanın atəşi nəticəsində iki nəfər yaralanıb - ÖZƏL

"Rusiyanın Kursk vilayətində sərhəd yaşayış məntəqəsində Ukraynanın atdığı atəş nəticəsində iki nəfər yaralanıb".

Olaylar.az xəbər verir ki, bunu qubernator Roman Starokvoit bildirib.

"Qluşkovo kəndi Ukrayna tərəfindən atəşə tutulub. Yeddi sursat atılıb. İki nəfər orta dərəcəli qəlpə yarası alıb. Onlar hazırda Qluşkovo Mərkəzi Rayon Xəstəxanasında lazımi müalicə alırlar" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31