Xersonda su basmış 7 kənddən su tamamilə çəkilib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi Kahovka bəndinin uçması nəticəsində su basan yaşayış məntəqələrindən 7-nin suyunun tamamilə çəkildiyini açıqlayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin sosial media hesabından verilən açıqlamada Xerson vilayətində Dnepr çayının sağ sahilində yerləşən 28 yaşayış məntəqəsinin su altında qaldığı bildirilib. Açıqlamada bildirilib ki, rayondan 2 min 779 nəfər təxliyə edilib, buradakı 7 kənddən isə su tamamilə çəkilib.

Olqivka, Mikaylivka, Lvov, Burgunka, Stepanivtsi, Bobroviy Kut və Zapovit kəndlərindən su tamamilə çəkilib. Ukraynanın Xerson Vilayəti Hərbi Administrasiyasının sosial media hesabından edilən açıqlamada daşqın bölgəsində suyun səviyyəsinin dünənlə müqayisədə 32 santimetr azalaraq səhər saatlarına kimi 2,13 metrə çatdığı qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31