Misirdə rus turisti öldürən köpək balığı mumiyalanacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Misirin Hurqada çimərliyində çimərkən rusiyalı turisti öldürən köpək balığının mumiyalanaraq muzeydə sərgilənəcəyi açıqlanıb.

Dəniz Elmləri İnstitutu və Qırmızı Dəniz Qoruqları bazar ertəsi köpək balığının mumyalanması üzrə işə başlayıb. Əl Ərəbiyyədə çıxan xəbərə görə, proses tamamlandıqdan sonra köpəkbalığı muzeydə sərgilənəcək. Rus turist Vladimir Popovun meyit hissələri köpəkbalığının içərisindən tapılıb. Popovun hücuma məruz qaldığı anların video çəkilişi sosial mediada gündəm olub. Qırmızı dənizdə köpək balıqlarının üzgüçülərə çatmasının qarşısını almaq üçün bəzi çimərliklərə torların qoyulması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31