Ölüm təhdidləri alan mer hərbi bazada yaşamağa başlayıb - ÖZƏL
14 İyun 2023 12:51 DünyaOlaylar.az xəbər verir ki, Meksikanın ABŞ sərhədində yerləşən Tixuana şəhərinin qadın meri Montserrat Kabalero Ramires ölüm təhdidləri və cangüdənlərinə silahlı hücuma məruz qaldıqdan sonra hərbi bazada yaşamağa başlayıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador verdiyi açıqlamada 40 yaşlı Ramirezin Milli Qvardiyanın tələbi ilə şəhər yaxınlığındakı hərbi bazada 15 gün qaldığını bildirib. Ramirezin burada qeyri-müəyyən müddətə qalacağını ifadə edən Obrador, "Ramirez 15 gündür ki, təhdidlər aldığı üçün qorunur və qorunmalı olduğuna qərar verildi. Onunla danışdıq və ona kömək etmək və qorumaq üçün razılığa gəldik. Biz bunu davam etdirəcəyik" deyib. Obrador əlavə edib ki, əyalət qubernatoru Marina del Pillar və Tijuana senatoru Xayme Bonilla Valdez də təhdid edilib. Ramirez isə Tijuana Bələdiyyəsinin sosial media hesabından verdiyi açıqlamada "Yaşadıqlarım qətiyyən asan olmadı" ifadəsini işlədib.