Barış Mançonun avtomobili hələ də bu ölkədədir - FOTO
14 İyun 2023 15:10 DünyaTürkiyənin əfsanəvi müğənnisi, Anadolu rok və pop ustadı Barış Mançonun avtomobili Belçikada saxlanılır.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, B. Manço vəfat etməmişdən əvvəl onu özü Belçikada qoyub ölkəsinə qayıdıb.
Artıq 24 ildir qarajda saxlanılan avtomobil hələ də Türkiyəyə gətirilməyib.
Qeyd edək ki, Barış Manço yanvarın 2-si 1943-cü ildə İstanbulda anadan olub. O, fevralın 1-i 1999-cu ildə İstanbulda vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31