ABŞ Ukrayna ilə bağlı danışıqlar yolu ilə həll yollarında maraqlı deyil - ÖZƏL
14 İyun 2023 10:58 Dünya"Birləşmiş Ştatlar Ukrayna böhranının danışıqlar yolu ilə həllinin tapılmasında maraqlı deyil və Kiyevdən hər vasitə ilə hərbi uğurlar tələb edir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
"Amerikalılar heç nə ilə dayanmağa hazır deyillər. Onları danışıqlar yolu ilə həll yolları maraqlandırmır. Rusiyaya qarşı yalnız dəmir dəyənək kimi istifadə edilən Ukraynanın taleyi heç kimi narahat etmir" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31