Qərb “Şimal axını”nın təxribatı ilə bağlı ədalətli araşdırmaya müqavimət göstərməkdə davam edir – ÖZƏL

"Qərb ölkələri "Şimal axını" boru kəmərlərinə təxribat hücumları ilə bağlı şəffaf beynəlxalq araşdırmaya tam müqavimət göstərir".
Olaylar.az xəbərlər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfirliyinin nazir-müşaviri Andrey Ledenev bildirib.
"Kollektiv Qərbin Baltik dənizindəki terror aktları ilə bağlı BMT Təhlükəsizlik Şurasının himayəsi altında şəffaf və obyektiv beynəlxalq araşdırmaya başlamaqdan inadla imtina etməsinin səbəbləri haqqında da düşünmək faydalıdır" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31