Qazaxıstanda meşə yanğınında ölənlərin sayı 15 nəfərə çatıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Qazaxıstanda iyunun 8-də ölkənin şərqindəki Abay vilayətində baş verən meşə yanğınında həyatını itirənlərin sayı 15-ə yüksəlib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, iyunun 10-da yoxa çıxan meşə işçisi Sergey Arhipovun cansız cəsədi tapılıb. Bundan əvvəl sözügedən işçinin yanğınsöndürmə işləri üçün traktoru ilə yola çıxdığı açıqlansa da, onunla əlaqə kəsilib. İyunun 8-də Qazaxıstanın şərqindəki Abay vilayətindəki Semey meşəsində yanğın baş verib və alovlara ilk müdaxilə etdiyi deyilən 14 meşə işçisinin həyatını itirdiyi açıqlanıb. İyunun 12-də ölkədə həyatını itirən meşə işçiləri üçün "Ümummilli matəm" elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31