Ukrayna ordusu Kupyansk bölgəsində müdafiə əməliyyatlarına keçir - ÖZƏL

"Rusiyanın artilleriya və hava zərbələrindən sonra Kupyansk bölgəsində yerləşdirilmiş Ukrayna qüvvələri təşəbbüsü itirərək müdafiə əməliyyatlarına keçib".

Olaylar.az xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının (LXR) milislərindən istefada olan polkovnik-leytenant Andrey Maroçko bildirib.

"Rusiyanın taktiki və ordu aviasiyası artilleriya və raket qüvvələri ilə birlikdə Ukrayna qoşunları və texnikasına, o cümlədən səhra sursat anbarlarına bir sıra uğurlu zərbələr endirib" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31