Narkotik daşıyan pilotsuz uçuş aparatı aşkarlanıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, İordaniya ordusu bu gün açıqlama verərək Suriyadan narkotik yüklü olduğu aşkarlanan pilotsuz uçuş aparatını (dronu) məhv etdiklərini açıqlayıb.
Açıqlamada Suriyadan gəldiyi bildirilən pilotsuz uçuş aparatının (dronun) ölkənin şimal sərhədini keçmək istəyərkən məhv edildiyi bildirilib. Ölkənin şimal sərhədində aşkarlanan pilotsuz uçuş aparatının narkotik maddə daşıdığı bildirilib.
Səlahiyyətlilər, dronlarla narkotik qaçaqmalçılığını həyata keçirənlərin İranın dəstəklədiyi silahlı təşkilatlar olduğunu iddia edərkən, İran və Suriya onların narkotik qaçaqmalçılığı təşkil etmələri ilə bağlı iddiaları rədd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31