Belçikada səsvermə yaşı endirilib - ÖZƏL
13 İyun 2023 13:05 DünyaOlaylar.az xəbər verir ki, Belçikada edilən düzəlişlə səsvermənin məcburi olduğu ölkədə gənclərin Aİ seçkilərinə və siyasətə marağının artacağına ümid edilir.
2024-cü il Avropa Parlamentinin seçkiləri üçün Belçikada səsvermə yaşı 16-ya endirilib.
Euronews Türk telekanalının verdiyi xəbərə görə, bu dəyişiklik ölkədə 16 və 17 yaşlı 270 min gənc seçicinin sandıq başına gedərək səs verməsinin yolunu açdı. Avropa Gənclər Forumundan Laura Meyson bu təşəbbüsün gənclərin siyasətə maraq göstərməsi üçün mühüm addım olduğunu bildirib. Gənc səslərin eşidilməsi üçün hələ atılması lazım olan addımların olduğunu vurğulayan Mason, "Əgər gənclərin həqiqətən demokratiyamızla maraqlanması lazım olduğuna inanırıqsa, o zaman daha çox gənc siyasi partiyalara daxil edilməlidir. Siyasi gücə malik vəzifələrə gətirilməli, gənclərin siyasətdə fikirləri daha ciddi qəbul edilməlidir" deyə danışıb.
Dəyişikliklə bağlı Euronews-a danışan 16 yaşlı belçikalı Alexis Macrae deyib ki, "Məncə, bu, çox yaxşı fikirdir, çünki biz həqiqətən istədiyimizi dəyişə bilərik. Və əslində bizim üçün vacib olan məsələlərdə söz sahibi ola bilərik, ona görə də bizim dəyərlərimizə sahib olduğunu düşündüyümüz partiyalara və ya insanlara səs verməliyik".