Rusiya və BƏƏ vergi konvensiyasını müzakirə edir - ÖZƏL
13 İyun 2023 10:51 DünyaBƏƏ-nin maliyyə məsələləri üzrə dövlət naziri Mohamed Bin Hadi Al Hussaini və Rusiya maliyyə nazirinin müavini Aleksey Sazanov Dubayda ölkələr arasında vergi sazişinə yenidən baxılması üzrə danışıqların ikinci raundunu keçiriblər.
Olaylar.az xəbər verir ki, danışıqlar BƏƏ Maliyyə Nazirliyinin vergi məsələləri üzrə əməkdaşlıq çərçivələrini daha da gücləndirmək, vergi ödəyicilərinin ikiqat vergitutmadan tam müdafiəsini təmin etmək, ticarət və investisiyaların sərbəst axınına maneçilik törətməmək səylərinə uyğun olaraq aparılıb.
"Biz strateji tərəfdaşlığımızı gücləndirmək və iqtisadi, maliyyə və ticarətlə bağlı birgə fəaliyyət üçün üfüqləri genişləndirmək üçün Rusiya Federasiyası ilə koordinasiya və konstruktiv dialoqun vacibliyini bir daha bildiririk", - Əl Hüseyni deyib.