BMT Sudandakı humanitar yardımların hədəf alınmasını tənqid edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda humanitar yardımların hədəfə alınmasına reaksiya verib. 

BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Martin Qriffits mövzu ilə bağlı açıqlama verib. Qriffiths Sudanda humanitar yardım üçün istifadə edilən anbarların talan edildiyini, işğal edildiyini və zireh kimi istifadə edildiyini açıqlayıb. Sözügedən vəziyyətin humanitar yardımların ehtiyacı olanlara çatmasına mane olduğunu ifadə edən Qriffiths, tərəflər hər zaman humanitar varlıqlara hörmət etməlidir deyib.Qriffits BMT-nin yardımın paylanması üçün "təhlükəsiz, sürətli və maneəsiz" çıxışa ehtiyacı olduğunu vurğulayıb. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada, BMT-nin Sudan üçün iyunun 19-da Cenevrədə keçiriləcək yüksək səviyyəli öhdəlik konfransının ev sahiblərindən biri olacağı bildirilib. Konfransın təşkilatçıları BMT ilə yanaşı, Misir, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı və Avropa İttifaqıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31