Ukrayna ordusu Kupyansk bölgəsində müdafiə əməliyyatlarına keçir - ÖZƏL
13 İyun 2023 10:15 Dünya"Rusiyanın artilleriya və hava zərbələrindən sonra Kupyansk bölgəsində yerləşdirilmiş Ukrayna qüvvələri təşəbbüsü itirərək müdafiə əməliyyatlarına keçib".
Olaylar.az xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının (LXR) milislərindən istefada olan polkovnik-leytenant Andrey Maroçko TASS-a bildirib.
"Rusiyanın taktiki və ordu aviasiyası artilleriya və raket qüvvələri ilə birlikdə Ukrayna qoşunları və texnikasına, o cümlədən səhra sursat anbarlarına bir sıra uğurlu zərbələr endirib. Verilən itkilər nəticəsində düşmən təşəbbüsü itirib və indi müdafiə əməliyyatlarına keçir", - deyə, Maroçko əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31