"Bunlar bərpa olunan enerjinin inkişafı, elm və innovasiyadır”

Ukrayna və Avropa Birliyi (AB) 2023-cü il üçün energetika sektorunda iş planı imzalayıblar.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

"Sənəd Ukrayna və Avropa Komissiyası arasında birgə iş üçün bir sıra istiqamətləri müəyyən edir. Bunlar enerji səmərəliliyinin gücləndirilməsi, nüvə təhlükəsizliyi, kömür regionlarının transformasiyası, neft ehtiyatları, qaz bazarının və elektrik enerjisi bazarının inteqrasiyası, bərpa olunan enerjinin inkişafı, elm və innovasiyadır", - nazirlikdən qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31