ABŞ Prezidenti Co Baydenlə NATO Baş katibi Yens Stoltenberq arasında görüş təxirə salınıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilib.
Məlumata görə, bu gün Ağ Evdə keçirilməli olan görüş iyunun 13-də baş tutacaq.
Görüşün hansı səbəbdən təxirə salındığı barədə məlumat verilməyib.