"Münasib qiymət təklif olunarsa, Banqladeş Rusiya neftini almağa hazırdır".
Olaylar.az xəbər verir ki, bunu Banqladeşin baş naziri Şeyx Hasina bildirib.
O, Cənubi Asiya ölkəsinin bütün ölkələrlə mehriban münasibətlər saxlamaq siyasətinə sadiq qaldığını vurğulayıb.