Sudanda ölkəni tərk edənlərin sayı artır- ÖZƏL
24 May 2023 14:16 DünyaBMT "Sudandakı münaqişə səbəbindən 300 mindən çox insan ölkəni tərk edib".
Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ölkədəki münaqişələr səbəbindən 300 mindən çox sudanlının qonşu ölkələrə sığındığını açıqlayıb.
"300 mindən çox insan Sudandan qonşu ölkələrə keçib. Son bir neçə gündə çoxları Çad və Misirlə sərhədi keçiblər" deyə Qrandi öz twitter hesabında bildirib.
Sudan Həkimlər Birliyi aprelin 15-dən bəri ordu ilə HDK arasında baş verən qarşıdurmalarda 863 mülki vətəndaşın həyatını itirdiyini, 3531 nəfərin isə yaralandığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31