Antalyada sevgilisinə zorakılıq edən gəncin VİDEOsu rezonans doğurdu

Türkiyənin Antalya şəhərində oğlan küçədə sevgilisinə qarşı zorakılıq edib.

Gəlin maşınları tıxacda qaldı: Bəylər vaxtı fövtə vermədi - VİDEO

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ərazidə olan mağazalardan birinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə oğlanın əvvəl qadına yumruq zərbəsi endirdiyi, ardınca onun saçlarından tutaraq yerə yıxdığı əks olunub. 

Baş verən bu hadisənin görüntüsü sosial şəbəkələrə yerləşdirilib və dərhal rezonans doğurub.

Artıq qadına qarşı zorakılıq edən şəxsin saxlanıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31