Gəlin maşınları tıxacda qaldı: Bəylər vaxtı fövtə vermədi - VİDEO

Türkiyədə iki gəlin maşını yaranmış tıxac səbəbi ilə yolda qalıb.

Olaylar.az Milli.Az-a istinadən bildirir ki, yolun açılmasını gözləyən bəylər vaxtı fövtə verməmək qərarına gəliblər.

Avtomobildən düşən bəylər qol qaldırıb rəqs ediblər.

Hadisənin şahidi olan insanlar isə bu hadisəni mobil telefonlarına çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Görüntülər qısa müddət ərzində sürətlə yayılaraq böyük marağa səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31