Rusiya bankı İranda ilk dəfə nümayəndəlik açdı - ÖZƏL
17 May 2023 12:07 Dünya"Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəlik açdı".
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə bağlı Ticarətin İnkişafı Təşkilatının rəhbəri Peymanpak verib.
"Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri nəticəsində Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb. Bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır. Bu hadisə valyuta gəlirlərinin trast şəbəkəsindən bank şəbəkəsinə ötürülməsi və ticarətin şəffaflığı baxımından təsirli olacaq" - o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31