Hind okeanında balıqçı gəmisi batdı, itkin düşənlər var - ÖZƏL

17-si Çin, 17-si İndoneziya və 5-i Filippin olmaqla, ümumilikdə 39 ekipajı olan Çin bayrağı altında üzən balıqçı gəmisi Hind okeanında batıb.

Olaylar.az xəbər verir ki, "Lupenglaiyuanyu 8" gəmisində ekipajdan heç bir xəbər yoxdur.

Nazirliklərə axtarış-xilasetmə işlərində köməklik göstərmələri barədə göstəriş verən Çin prezidenti Xi Jinping xilasetmə əməliyyatında tam səy göstərilməli olduğunu bəyan edib.

Filippin Sahil Mühafizəsi isə bölgədəki vəziyyəti izlədiklərini və Çinin Maniladakı səfirliyi və gəminin məlum olan son yeri yaxınlığında fəaliyyət göstərən axtarış-xilasetmə qrupları ilə koordinasiyada olduqlarını açıqlayıb.
Ərazidə axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31