Rusiyada magistrala PUA düşdü

Dron-kamikadze Kaluqa yaxınlığındakı Moskva magistralına hücum edib.

Olaylar.az APA-ya istinadən bildirir ki, dünən gecə Tarutino kəndi yaxınlığında (Moskvadan təxminən 100 km aralı) Moskva Böyük Halqasının 380-ci kilometrliyində PUA düşüb və partlayıb.

Moskvanın silah ehtiyyatı tükənir - ÖZƏL

Hadisə yerinə gələn müstəntiqlər yolda alüminium parçaları, səpələnmiş torpaq və ağac budaqları aşkar ediblər. PUA magistral yoldan bir qədər aralıda meşəyə düşüb. Hadisə nəticəsində ölən və yaralananlar olmadığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31