Su altında ən uzun yaşamaq rekordu qırıldı- ÖZƏL
15 May 2023 14:59 DünyaOlaylar.az xəbər verir ki, Florida Universitetinin professoru su altında ən uzun müddət yaşamaq rekordunu qırıb. Su altında qaldığı müddətdə bir sıra fiziki və psixoloji sağlamlıq müayinələrindən keçən Cozef Dituri iyunun 9-da su səthinə çıxmağı planlaşdırır.
CBS News-un xəbərinə görə, sözügedən rekordu qırmaq üçün bir növ sualtı oteldə yaşayan Cozef Dituri əvvəlki rekordu 73 gün keçib. Mayın 13-də su altında 74-cü gününü tamamlayan Dituri, sosial media hesabından verdiyi açıqlamada hələ prosesi bitirməyi düşünmədiyini, yüzüncü günün sonunda suya çıxmağı planlaşdırdığını bildirib. Dəniz Resurslarının İnkişafı Fondu tərəfindən təşkil edilən "Project Neptun 100" sualtı missiyasının bir hissəsi olaraq, Dituri Florida ştatında 9 metr dərinlikdə laqunun dibində yerləşir; O, Jules Undersea Lodge adlı bir növ sualtı oteldə yaşayır. Su altında ən uzun yaşama rekordunun əvvəlki sahibləri Cessika Fain və Brüs Kantrell də eyni yerdə 73 gün keçiriblər.