Türkiyədə seçkilər seçkilər çox demokratik, bütün beynəlxalq standartlara uyğun təşkil olunub  - ÖZƏL

"Türkiyədəki həm prezident, həm də parlament seçkiləri seçki prosesi və siyasi proseslər baxımından olduqca maraqlı keçdi. Seçki marafonu, xalqla namizədlərin görüşünün böyük sayda vətəndaşların iştirakı ilə baş tutması, namizədlərin yeni texnologiya və sosial şəbəkələr üzərindən seçicilərlə ünsiyyəti nəticədə bu ilki seçkilərə marağı artırmış oldu və böyük seçici fəallığını müşahidə etdik". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmıdov Türkiyədə mayın 14-də keçirilən seçkiləri şərh edərkən səsləndirib. O bildirib ki, seçkilər çox demokratik, bütün beynəlxalq standartlara uyğun təşkil olunub: "Əsas namizədlər arasında səs fərqinin yaxın olması onu göstərir ki, həqiqətən Türkiyədə indiki iqtidar bütün siyasi qüvvələr üçün bərabər şərait yaradıb, əhalinın fəallığı onu deməyə əsas verir ki, insanlar Türkiyənin gələcəyi ilə bağlı qərarlara, xüsusən iqtisadi vəziyyətin gələcəyi ilə bağlı biganə deyillər və Türkiyənin bölgəsəl güc olduğunu və regionda bir çox proseslərdə mühüm rol aldığını anlayırlar, bu baxımdan bu taleyyüklü proseslərdə qərar payının olmasını istəyirlər. Böyük ehtimal seçkilər ikinci tura keçəcək, burada da biz güclü rəqabətin şahidi olacağıq və nəticədə mənim gözləntimə görə indiki iqtidar xalqdan yenidən etimad alacaq. Bunu dünənki seçkinin nəticələrindən də görmək olur. İndiki iqtidarın yürütdüyü ən doğru siyasət ölkə daxilində mümkün qədər geniş siyasi konsolidasiyaya nail olmaqdır ki, bu da öz növbəsində Türkiyəni daxildən daha da gücləndirir. Parlamentdə Cümhur İttifaqının səs çoxluğu alması da bunun göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31