Rusiya Türkiyədəki seçkilərlə bağlı bəyanat yaydı
15 May 2023 14:08 Dünya"Qazanan kim olursa olsun, Rusiyanın Türkiyə ilə əməkdaşlığı davam edəcək".
Olaylar.az 32gun.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Türkiyədə şəffaf seçki keçirə bilən, qanunsuz hərəkətlərin qarşısını ala bilən yetkin demokratiya var. Biz Türkiyədəki seçkiləri çox diqqətlə izləyirik. Biz türk xalqının seçiminə hörmət edirik və ölkələrimiz arasında əməkdaşlığın genişlənəcəyinə ümid edirik" - deyə, o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31