Yüz minlərlə insan Sudandakı münaqişələrdən qaçıb- ÖZƏL
15 May 2023 13:58 DünyaOlaylar.az xəbər verir ki, Sudanda ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında təxminən bir aydır davam edən qarşıdurma nəticəsində didərgin düşənlərin sayı 950 minə yaxınlaşıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, aprelin 15-dən bu yana 736 min 200 insan ölkə daxilində didərgin düşüb, 200 minə yaxın insan isə qonşu ölkələrə sığınıb. Evlərini tərk edənlərin 450 mini uşaq olduğu halda, qonşulardakı qeyri-sabitlikdən sonra Sudana sığınan on minlərlə insan öz ölkələrinə qayıdıb. Qaçqın və sığınacaq axtaranların əksəriyyəti təhlükəsiz yer axtarmaq üçün Əl-Cəzirə və Əl Kadarif əyalətlərinə sığınıb. Köçkünlərin 500 mindən çoxu paytaxt Xartumdan qaçanlardır. Ordu ilə HDK arasında bir aya yaxındır davam edən qarşıdurmaların dayandırılması məqsədilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində tərəflər arasında aparılan danışıqlar nəticəsində mayın 11-də "Ciddə bəyannaməsi" imzalanıb. ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində imzalanan bəyannamədə Sudan ordusu və HDK-nın dinc əhaliyə zərər verəcək hər cür hücumdan uzaq duracağı vurğulanıb.