Ukrayna yanğına robotla cavab verib- ÖZƏL
15 May 2023 13:27 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın Ternopil şəhərindəki anbarda baş verən yanğına qarşı robotdan istifadə edilib. Pultla anbara göndərilən və yanğın şlanqına qoşulan robotun yanğına reaksiya anları kameralara əks olunub. Ukraynanın Fövqəladə Hallar Xidməti ölkənin Ternopil şəhərindəki anbarda baş verən yanğına müdaxilə etmək üçün robotdan istifadə edildiyini açıqlayıb. Fövqəladə Hallar Xidmətinin rəhbəri Serhiy Kruk, "Bu, xilasetmə qruplarımızın robot köməkçisinin funksionallığını ilk dəfə deyil, sübut edir. Xilasedicilər bu robotların köməyi ilə Ternopil və Xmelnitski rayonlarında düşmənin hücumlarının təsirlərinə cavab veriblər. Robotun operatoru yanğına çox da yaxınlaşmadan müdaxilə edə bilir"deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31