Türkiyə bir daha dünyaya demokratiya dərsi keçdi - ÖZƏL

"Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkiləri bir daha dünyaya demokratiya dərsi oldu. Prezident Rəcəb Tayyib Ərdoğanı diktatorluqda ittiham edən xarici dairələr və daxildəki bəzi siyasilər 14 may seçkilərinin nəticələri ilə elə Ərdoğanın ən böyük demokrat olduğunu gördülər". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Seçkilərin demokratik və şəffa şəkildə baş tutduğunu deyən Arzuman Muradlı türk seçicisinin azad şəraitdə öz seçimini etdiyini diqqətə çatdırıb:

"Seçkilərin nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğanın liderliyi, eləcə də onun rəhbərlik etdiyi partiyanın da daxil olduğu Cumhur İttifaqın Türkiyə Böyük Millət Məclisində böyük üstünıük qazanması onu deməyə əsas verir ki, türk xalqı Rəcəb Tayyib Ərdoğanın başladığı və günümüzdə də davam etdirdiyi islahatlara dəstək verir, daha neçə illəri Ərdoğanla bərabər addımlamaq istəyir".

Arzuman Muradlı seçkilərin ikinci turunda türk vətəndaşları doğru, düzgün seçim edərək Türkiyənin günümüzdəki inkişafına misilsiz xidmətləri olmuş Rəcəb Tayyib Ərdoğana səs verəcək və onu yenidən Türkiyə prezidenti seçəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31