Qasırğa nəticəsində 700 nəfər yaralanıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Banqladeş və Myanmaya təsir edən Moça qasırğasının yaratdığı sel və güclü küləklər nəticəsində 5 nəfər həyatını itirib, 700-dən çox insan isə yaralanıb. Myanmanın Rakhayn əyalətinin paytaxtı Sittvedəki Arakan Gəncləri Xeyriyyə Dərnəyindən verilən açıqlamada bölgə sakinlərinin daşqın riskinə qarşı hündürmərtəbəli binalara sığındığı, 700-dən çox insanın yaralandığı bildirilib. Yerli mətbuatda yer alan xəbərlərdə sürəti saatda 209 kilometrə çatan qasırğada axtarış-xilasetmə işləri zamanı 5 nəfərin cansız bədəninə çatıldığı bildirilib. Myanmada hərbi administrasiya rəsmilərinin bəyanatında güclü küləyin binalara və elektrik xətlərinə ziyan vurduğu, bəzi binaların dam örtüyünün uçduğu bildirilib. Güclü yağış və daşqınlara səbəb olan 5-ci kateqoriya olaraq təyin olunan Moça qasırğası ilə əlaqədar ölkənin qərb sahilindəki Arakan əyalətində fövqəladə vəziyyət elan edilib. Banqladeş və Myanmada Moça qasırğası səbəbindən sahilyanı ərazilərdə yüz minlərlə insan təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31