Rusiyanın helikopter və qırıcıları VURULDU
13 May 2023 18:51 Dünya15:01
Rusiyanın Bryansk vilayətində helikopter alışıb və qəzaya uğrayıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı TASS fövqəladə hallar xidmətindəki mənbəsinə istinadla yayıb.
Bildirilib ki, ilkin məlumata görə, helikopterin mühərriki alovlanov və təyyarə Klints şəhərinə düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım briqadaları göndərilib. Hələlik, helikopterin qalıqları tapılmayıb.
***
Rusiya mediası Bryansk vilayətində bu gün daha bir Mi-8 helikopterinin qəzaya uğradığını bildirib.
Helikopter Bryanskın Uçensk rayonu yaxınlığında Volkustiçi kəndinə düşüb.
"Mash" nəşrinin yaydığı xəbərə görə, mayın 13-də Brayansk səmasında iki Mi-8 helikopteri, Su-34 və Su-35 qırıcı təyyarələri qəzaya uğrayıb. İlkin məlumata görə, onlar döyüş əməliyyatından qayıdarkən yerdən vurulub.
Bryansk vilayətində axtarış əməliyyatları aparılır.