Şavkat Mirziyoyev Özbəkistan prezidentliyinə namizəd kimi irəli sürüləcək

Mayın 12-də Özbəkistan Liberal Demokrat Partiyasının (UzLiDeP) siyasi şurası Şavkat Mirziyoyevin prezidentliyə namizədliyini qarşıdan gələn qurultayda baxılması üçün təsdiqləyib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə siyasi partiyanın mətbuat xidmətindən bildirilib.

"Son illər dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə əsaslı islahatlar aparılıb. Müasir bazar münasibətlərinin tələbləri əsasında sahibkarlıq fəaliyyətinin daha da liberallaşdırılması, o cümlədən sahibkarların fəaliyyətinin müxtəlif növ yoxlamalarına moratoriumun tətbiqi, lisenziyalaşdırma və icazə prosedurlarının köklü sadələşdirilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, rəqabəti dəstəkləməklə dövlətin iqtisadiyyatda iştirakı istiqamətində bir sıra tədbirlər həyata keçirilib", - deyə açıqlamada bildirilir.

Partiyadan bildirilib ki, "bütün nailiyyətlər, şübhəsiz ki, Şavkat Miromonoviç Mirziyoyevin rəhbərliyi ilə aparılan islahatların nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31