Baxmutda şiddətli döyüşlər DAVAM EDİR
12 May 2023 21:51 DünyaBaxmut şəhəri uğrunda davamlı döyüşlər davam edir, rus ordusu Baxmut istiqamətində hücumlarını davam etdirir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
"Düşmən əsas səylərini Liman, Baxmut, Avdeyev və Maryinka istiqamətlərində cəmləşdirməkdə davam edir. Ümumilikdə, gün ərzində düşmən cəbhənin bu bölmələrinə 36 hücum edib, Baxmut və Maryinka döyüş əməliyyatlarının episentrində qalır", - Baş Qərargah bildirib.
Qeyd edək ki, bu gün Rusiya MN bəzi bölmələrin Baxmutun şimalından geri çəkildiyi barədə məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31