Misir Rusiyanın “ağır taleyini” YÜNGÜLLƏŞDİRİB

ABŞ-dan hərbi yardım alan Misir Vaşinqtonun hava məkanını Rusiya hərbi təyyarələri üçün bağlamaq tələbinə məhəl qoymayıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı"nın məlumatında bildirilib.

Nəşr qeyd edir ki, Türkiyə, İordaniya və İraq 2022-ci ildə məhdudiyyətlər tətbiq etdikdən sonra Suriyaya uçan Rusiya təyyarələri əlavə 2000 mil uçmalıdır. Lakin Misir Rusiyanın "ağır taleyini" yüngülləşdirib və onlara istifadə üçün öz hava məkanını verib.

ABŞ rəsmiləri deyirlər ki, Rusiya bu uçuşlardan Suriyadan Ukraynaya silah daşımaq üçün istifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31