Ukrayna 30-a yaxın təyyarə ALDI

Ukrayna müttəfiqlərindən 30-a yaxın MiQ-29 qırıcısı alıb. Təxminən biz il ərzində bu qədər təyyarə itirmişik. Yəni bu təyyarələr itkilərimizi bərpa etməyə hesablanıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ukraynalı hərbi ekspert Roman Svitan bildirib.

Onun sözlərinə görə, hərbi aviasiya hücum əməliyyatlarından əvvəl yaxşı kömək ola bilər:

"Lakin bu, qlobal miqyasda qoşunlarımızın üzləşdiyi məsələləri həll etməyəcək. Xüsusilə, MiQ-29-lar Rusiyanın Su-30, Su-34 və Su-35-ləri ilə rəqabət apara bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31