Banqladeş və Myanmada yüz minlərlə insan təxliyə ediləcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Banqladeş və Myanma, Benqal körfəzində Moça qasırğasının təsirini göstərməyə başladığı üçün sahil bölgələrindəki yüz minlərlə insanın təxliyə ediləcəyini açıqlayıb. Hindistan Meteorologiya Departamenti (IMD) Mocha qasırğasının bazar günü Banqladeşin cənubundakı Koks-Bazar sahil şəhəri və Myanmanın Kyaukpyu bölgəsinə saatda ən azı 160 kilometr sürətlə vuracağını açıqlayıb. IMD, balıqçılar və digər gəmiləri Benqal körfəzi ilə Andaman dənizi arasında səyahət etməmələri barədə xəbərdar edərək, bölgədə güclü yağışların və qasırğanın müşahidə ediləcəyinə işarə etdi. İki ölkənin səlahiyyətliləri sahilyanı bölgələrdə yüz minlərlə vətəndaşını təxliyə etməyə hazırlaşarkən, xalqı sahilyanı ərazilərdən uzaq durmağa çağırıb. Banqladeşdə sabah evakuasiya ediləcək insanların sayının 500 minə yaxınlaşacağı təxmin edilərkən, bölgədə 576 müvəqqəti sığınacaq yerinin xidmət göstərəcəyi bildirilir. Səlahiyyətlilər, bölgələrdə təcili yardım qruplarının və təcili ləvazimatların hazır olduğu və bir çox könüllü yardım təşkilatının işə dəstək verəcəyi barədə məlumat paylaşıb. Dövlətin nəzarətində olan "Global New Light of Myanmar" qəzetindəki xəbərdə qasırğadan təsirlənəcəyi gözlənilən Arakan əyalətinin qərb sahilində yaşayan minlərlə insanın təxliyyə olunmağa başladığı qeyd edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31