Almanlar Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, almanların 54%-i Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb. Bunu YouGov analitik şirkətinin sorğusunun nəticələri sübut edib. Eyni zamanda, respondentlərin 27%-i Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını dəstəkləyir. Müvafiq sorğu Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya gözlənilən səfəri ərəfəsində keçirilib. Bundan əvvəl bildirilmişdi ki, Polşa Senatı İsveç və Finlandiyadan nümunə götürərək, Ukraynanın NATO-ya sürətlə daxil olmasına dair qətnaməni yekdilliklə qəbul edib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu həftə deyib ki, Almaniya təhlükəsiz Avropa istəyirsə, Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməlidir. Eyni zamanda, mayın 9-da NATO-nun baş katibi Yens Stoltenberq alyansın bütün üzv ölkələrinin Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31