İzlənmə sayına görə təyyarəni vurduğunu etiraf edib- ÖZƏL

Olaylar.az xəbər verir ki,ABŞ prokurorları bildiriblər ki, baxış sayını artırmaq üçün təyyarəni qəsdən vuran YouTuber qəza yerini təmizləyərək federal araşdırmaya mane olmaqda günahını etiraf edəcək. 29 yaşlı Trevor Jacob təyyarə qəzasının videosunu 2021-ci ilin dekabrında YouTube-da yerləşdirərək bunun qəza olduğunu deyib. Onun yerləşdirdiyi video bu günə kimi 3 milyona yaxın baxış toplayıb. Müdafiədə o, videonu məhsul sponsorluğu müqaviləsinin bir hissəsi kimi çəkdiyini etiraf edibi. Buna görə Trevor Jacob 20 ilə qədər həbs cəzası ala bilər. 2021-ci ilin noyabrında Ceykob təyyarəsinə quraşdırılmış kameralarla Kaliforniyanın Santa Barbara hava limanından tək başına uçub. Ceykob kameralardan başqa özü ilə paraşüt və selfi çubuğu da götürüb. ABŞ-ın Kaliforniya Mərkəzi Dairə Prokurorluğu onun təyin etdiyi yerə çatmaq niyyətində olmadığını, əksinə, uçuş zamanı qəzaya uğrayan təyyarənin videosunu çəkməyi planlaşdırdığını bildirib. Təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra Los Padres Milli Meşəsində qəzaya uğrayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31