Nigeriyada terror aktı nəticəsində 16 nəfər həlak olub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Nigeriyanın Borno əyalətində DEAŞ-ın Qərbi Afrika qolu olan ISWAP terror təşkilatının həyata keçirdiyi hücumda 16 mülki vətəndaş həyatını itirib. Milli KİV-in məlumatına görə, ISWAP terror təşkilatı Borno əyalətinin Abadam bölgəsində hücum həyata keçirib. Hücum nəticəsində 16 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Nigeriyada "Boko Haram" terror təşkilatının qurucusu Məhəmməd Yusifin oğlu Əbu Musab əl-Bərnavi atasının 2009-cu ildə ölümündən sonra Boko Haramın sözçüsü olub. 2016-cı ildə Boko Haram daxilində başlayan liderlik böhranı təşkilatın Barnavi və Əbu Bəkr Şekau arasında parçalanmasına səbəb olub. Şekau Boko Haramı idarə edərkən Barnavi DAEŞ ilə əməkdaşlıq edərək ISWAP yaradaraq hərəkətlərini davam etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31