Moskva hələ də kənd təsərrüfatının ixracı üçün ciddi maneələrlə üzləşir - ÖZƏL

 

"Moskva kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı üçün hələ də ciddi maneələrlə üzləşir". 

Rusiyada milli layihələrə büdcə xərcləri 12 milyard dolları ötüb – ÖZƏL

Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib və əlavə edib ki, Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracı ilə bağlı Qərb paytaxtlarında verilən bəyanatlar heç bir təsdiq tapmır:

"İnanıram ki, İstanbulda bugünkü və dünənki müzakirələr, İstanbul razılaşmalarının icrasına aidiyyatı olanları anlamlandırmaq baxımından faydalı oldu. Təbii ki, biz Rusiyanın maraqlarından və aclıqla mübarizə və ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə hərəkət edirik. Burada açıq şəkildə qeyd etmək lazımdır ki, Vaşinqton, Brüssel, Londonda Rusiyanın kənd təsərrüfatı ixracı və gübrə ixracının guya sanksiyalara məruz qalmaması ilə bağlı verilən bəyanatlar heç bir təsdiqini tapmır. Təəssüf ki, kənd təsərrüfatı ixracatımız və ixracımız qarşısında hələ də ciddi maneələrlə üzləşirik. Buna görə də bizim üçün Rusiyanın maraqlarının tam nəzərə alınması və qorunmasına əmin olmaq çox vacibdir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31