Rusiya qazının Çinə tədarükü ilə bağlı sazişin həyata keçirilməsi hər iki tərəf üçün faydalıdır - ÖZƏL

"Çin-Rusiya enerji əməkdaşlığı strateji xarakter daşıyır, Uzaq Şərq marşrutu ilə Çinə qaz tədarükü haqqında sazişin həyata keçirilməsi həm Rusiya, həm də Çin üçün faydalıdır".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.

"Rusiyadan Çinə təbii qazın Uzaq Şərq marşrutu ilə tədarükü sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin həyata keçirilməsi hər iki tərəf üçün faydalı olacaq və Uzaq Şərq regionlarının sosial, iqtisadi və texnoloji inkişafını əlavə olaraq canlandıracaq" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31