Ermənistanın 2 hərbçisi yaralanıb

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 2 erməni hərbçi yaralanıb.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan birinin vəziyyəti ağırdır.

"Türkiyədə müxalifət liderinin İpək Yolu layihəsi bizim ortaq keçmişimizə yaraşmır" - Deputat

Qeyd edək ki, mayın 11-də Azərbaycanla sərhədyanı ərazidə baş verən silahlı toqquşma nəticəsində Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi yaralanıb.

Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31