ABŞ-da immiqrantlarla bağlı kəskin qərar- ÖZƏL

Olaylar.az xəbər verir ki,ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçı qanunvericilər tərəfindən təqdim edilən  sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və mühacirlərin ölkəyə girişinə məhdudiyyətlərin artırılmasına yönəlmiş qanun layihəsi qəbul edilib. Nümayəndələr Palatasında qanunvericilər ABŞ-ın cənub sərhədində divarın bərpası və fərdlərdən DNT və biometrik məlumatların çıxarılması, sərhəd mühafizəsi üçün ayrılan vəsaitin artırılması və sığınacaq axtaran şəxslərə yeni məhdudiyyətlərin tətbiqi kimi əlavə təhlükəsizlik tədbirləri təklif edən Respublikaçı qanun layihəsinə səs veriblər. Qanun layihəsi 219 "hə" və 213 "xeyr" səsi ilə qəbul edilib. Respublikaçı deputatlar Tomas Massi və Con Duartenin qanun layihəsinə "yox" səs verməsi diqqət çəkib. Qanun layihəsinin demokratların üstünlük təşkil etdiyi Senatdan keçəcəyi gözlənilmir. Bayden administrasiyasını qeyri-qanuni miqrantların deportasiyasını asanlaşdıran "Maddə 42" tətbiqinin sona çatması səbəbindən yarana biləcək problemlərə lazımi səviyyədə hazır olmamaqda günahlandıran Makkarti sərhəd təhlükəsizliyinin təmin edilməsinin onların prioriteti olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31