Dünyada 61 milyon insan məcburi köçkün vəziyyətinə düşüb- ÖZƏL
12 May 2023 11:28 DünyaOlaylar.az xəbər verir ki, 2022-ci ildə dünyada 61 milyona yaxın insan məcburi köçkün vəziyyətində olduğu halda, bu statistika əvvəlki ilə nisbətən 60 faiz artıb. Beynəlxalq Miqrasiya Təşkilatından (IOM) verilən yazılı açıqlamada, Daxili Köçürülmə Monitorinq Mərkəzinin (IDMC) hesabatında 2022-ci ildə ölkədaxili yerdəyişmə rəqəmlərinin müzakirə edildiyi bildirilib. Bəyanatda bu rəqəmin indiyə qədər bildirilmiş "ən yüksək daxili yerdəyişmə" olduğu qeyd edilərək, bunun yeni yerdəyişmələrin və təkrar yerdəyişmələrin həcminin də daxil olduğu vurğulanır. Hesabatda qarşıdurma və zorakılığın 28,3 milyon insanın didərgin düşməsinə səbəb olduğu və bu rəqəmin 60 faizinin Ukraynaya aid olduğu bildirilib. Hər il milyonlarla insanın təbii fəlakətlər səbəbilə ev-eşiyindən didərgin düşdüyü qeyd edilən hesabatda, Pakistandakı daşqınlar və Filippindəki Noru tayfunu da daxil olmaqla təbii fəlakətlərin keçən il 32,6 milyon daxili köçkünə səbəb olduğu vurğulanıb. Hesabatda təbii fəlakətlərin iqlim dəyişikliyi fonunda daha tez-tez yaşandığı və onların müddəti və intensivliyi artdıqca bu rəqəmlərin də artacağı gözlənilir.