Ukraynadan Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı açıqlama- ÖZƏL
12 May 2023 10:51 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın İcmalar, Regionlar və İnfrastruktur İnkişafı naziri Aleksandr Kubrakov Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması üçün çalışdıqlarını bildirib. O, sosial media hesabından verdiyi açıqlamada mayın 10-11-də İstanbulda keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü danışıqlarını dəyərləndirib. Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin danışıqların onlayn şəkildə davam etməsini təklif etdiyini bildirən Kubrakov, "Ukrayna heyəti taxıl təşəbbüsü müddətinin uzadılması üçün səy göstərir və gəmilərin qeydiyyatı və yoxlanılmasının gecikmədən davam etdirilməsi lazım olduğunu vurğulayır" deyib. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada mayın 10-11-də İstanbulda Ukrayna, Rusiya və BMT ilə ikitərəfli və çoxtərəfli görüşlərin , tərəflərin konstruktiv yanaşmaları ilə faydalı görüşlərin keçirildiyi bildirilib.